Bu gün Peloponnes yarımadasının şimal-qərbindəki Andravida aviabazasının yaxınlığında dənizə düşən Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcısının pilotlarından biri ölüb.

Bu barədə Yunanıstan Hərbi Hava Qüvvələrinin Baş Qərargahının rəsmi açıqlamasında deyilir.

Məlumata görə, 29 yaşlı leytenant Marios-Mixail Turutsikas ölü halda tapılıb, təyyarə komandiri, 31 yaşlı aviasiya kapitanı Efstatios Tsitlakidisin axtarışları isə davam etdirilir.

Pilotların katapult edə biləcəyi barədə məlumat təsdiqlənməyib.

İstinadlar Report