
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis parlament sədri Konstantin Tassulasın namizədliyini ölkə prezidenti vəzifəsinə irəli sürüb.
Hazırkı Prezident Katerina Sakellaropulunun səlahiyyət müddəti martda başa çatır.
Bildirilir ki, bu vəzifə üçün parlament səsverməsinin yanvarın 25-də keçirilməsi gözlənilir.
Seçilmək üçün namizəd 300 yerlik parlamentdə ən azı 151 deputatın dəstəyini almalıdır.
K.Tassulas 2019-cu ildən hakimiyyətdə olan “Yeni Demokratiya” partiyasının üzvüdür. Siyasi analitiklər onun namizədliyini hökumətin “Yeni Demokratiya”nın bütün fraksiyalarının dəstəyini təmin etmək və çoxluğunu qorumaq istəyən risksiz bir addımı kimi qiymətləndirirlər.