
Yunanıstanın paytaxtı Afina şəhərində zəlzələ baş verib.
Afina Geodinamika İnstitutu zəlzələnin rixter cədvəli üzrə 5,1 bal gücündə olduğunu, ocağının paytaxtın 26 kilometr şimal-qərbində, 2 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb.
Hadisə nəticəsində zərərçəkənlərin olması barədə məlumat yoxdur. Bir çox sakinlərin təlaşa içində evlərini tərk etdiyi bildirilir.