Yunanıstanın paytaxtı Afina şəhərindəki qədim Akropolis abidəsi yaxınlığında ildırımın vurması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında baş verib.

Onlardan ikisi gözətçi, digər ikisi isə turistdir. Zərərçəkənlər hadisə yerinə cəlb olunan həkim heyəti tərəfindən xəstəxanaya çatdırılıblar.

İstinadlar Report