Yunanıstan-Türkiyə quru sərhədində yerləşən Evros bölgəsində tikilən təhlükəsizlik çəpəri qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısının alınmasında 100% effektivdir və bu bölgədə sərhədə əlavə 150 sərhədçi göndərilərək onların sayı 600-ə çatdırılacaq.

Bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Evros bölgəsinə səfəri zamanı bildirib.

“Bu, milli və Avropa sərhədlərinin qorunması baxımından 100% effektivdir. Odur ki, son iki il ərzində artıq işə götürülən 450 sərhədçiyə ikinci müdafiə xəttini dəstəkləmək üçün daha 150 sərhədçi əlavə olunacaq”, – deyə nazir bildirib.

İstinadlar Report