
Yunanıstan sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı İraklion (Krit) şəhərindən 143 km şimalda, ocağı 11 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.