Yunanıstanın Rusiyadakı viza mərkəzi Rusiya vətəndaşlarından viza üçün sənəd qəbulunu müvəqqəti dayandırıb.

Bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatında deyilir.

Viza mərkəzində bunun sistemin yenilənməsi ilə əlaqəli texniki səbəblərdən qaynaqlandığı bildirilsə də, sənəd qəbulunun nə vaxt bərpa ediləcəyi barədə məlumat verilməyib.

İstinadlar Report