
Yunanıstan, müttəfiqləri xahiş edərsə, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının keçiriləcəyi obyektləri qorumaq üçün “Crotale” hava hücumundan müdafiə (HHM) sisteminin batareyasını Fransaya verə bilər.
Bu barədə jurnalistlərə brifinqdə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis bildirib.
Ondan Afinanın qarşıdan gələn Olimpiya Oyunları zamanı Paris üzərindəki hava məkanını qorumaq üçün “Crotale” hava hücumundan müdafiə sistemlərinin batareyasının Fransaya ötürülüb-ötürülməyəcəyi soruşulub.
“Müttəfiqlərimiz müəyyən müddət ərzində, məsələn, ölkənin müdafiə qabiliyyətinə heç bir şəkildə təsir etməyəcək Olimpiya Oyunları ilə bağlı konkret yardım istəsələr, bu yerinə yetiriləcək, amma hər bir halda tərəflər arasında koordinasiya və razılıq əsasında iş görüləcək. Ancaq bir daha deyirik ki, məhdud zaman kəsiyində bunu edə bilərik. Əlavə məlumat olarsa, sizə məlumat veriləcək”, – P.Marinakis cavabında deyib.