Yunanıstan çempionatında pley-off mərhələsinin oyunları keçirilir
Dünən baş tutan “Panathinaikos” – PAOK oyunu yarımçıq saxlanılıb. Tribunadan atılan pivə butulkası qonaqların baş məşqçisi Vladimir İviçə xəsarət yetirib. İviç xəstəxanaya aparılıb.
Azarkeşlər arasında qarşıdurma matçın 51-ci dəqiqəsində alovlanıb. PAOK-dan Amr Varda meydandan qovulandan sonra daha 2 futbolçu qırmızı vərəqə alıb. Hakim 55-ci dəqiqədə oyunu saxlamağa məcbur olub.
Azərbaycan24 sosial şəbəkələrdə