
Yunanıstan illik 3,92 faizlə 2,5 milyard avroluq beşillik istiqrazlar buraxıb.
Məlumata görə, Yunanıstan xarici bankları – “BNP Paribas”, “Citi”, “Deutsche Bank”, “Morgan Stanley”, “Nomura” və yerli “Piraeus Bank”ı beş illik istiqrazların yerləşdirilməsi üçün təyin edib və çərşənbə günü onların köməyi ilə 2,5 milyard avro cəlb edib.
Bu, artıq Yunanıstanın bu il xarici maliyyə bazarlarına ikinci çıxışıdır. Daha əvvəl yanvar ayında 3,5 milyard avro dəyərində 4,4 faizlə 10 illik istiqrazların yerləşdirilməsi baş tutmuşdu. Beşillik istiqrazlar üzrə faiz dərəcəsi 3,92% olaraq təyin olunub, halbuki ilkin hədəf beş baza bəndi yüksək idi. Yunanıstanın beşillik istiqrazlarına ümumi tələbat çox yüksək idi və 19,1 milyard avronu keçmişdi.