Dekabrın 5-də keçiriləcək Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında görüşlər baş tutub.

Yunanıstanın Saloniki Universitetinin Hüquq Fakültəsinin dekanı, professor Panaqiotis Qklavinis ilə İcmanın Gənclər birliyinin sədr müavini, millət vəkili Kamal Cəfərov arasında keçirilib.

K.Cəfərov qonağa Qərbi Azərbaycanlıların sülh yolu, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış istəyi ilə bağlı məlumat verib. Yunanıstanlı professor beynəlxalq hüquqda qayıdış məsələsi barədə fikirlərini bölüşüb.

İstinadlar Report