“Məncə, minalardan təmizləmə işlərində Rumıniyanın yardımı alqışla qarşılanar. Görünür, azad olunmuş torpaqların minalardan təmizlənməsi başlıca məsələdir, çünki infrastrukturun qurulması, mülki tikinti işləri üçün ilkin şərtdir”.

Bu barədə “Report”a Rumıniyanın Münaqişələri Qabaqlama və Erkən Xəbərdarlıq Mərkəzinin təsisçisi və prezidenti Yulian Çifu (İulian Chifu) bildirib.

“Rumıniya şirkətləri infrastruktur qurmaqda, yol və bina tikintisində, su təchizatında, “ağıllı şəhər”lərdə “yaşıl enerji” təchizatında nə qədər səmərəli fəaliyyət göstərdiklərini isbatlayıblar. Bundan əlavə, sosial yenidənqurma, sosial həmrəylik kimi məsələlərdə də həm rumın kimi, həm də Aİ ölkəsinin nümayəndələri kimi kömək ola bilərik”, – deyən mərkəz rəhbəri qeyd edib.

İstinadlar Report