Bu gün səhər saatlarında Xızı rayonu ərazisində ağır yol qəzası baş verib.

Xızı-Giləzi yolununun 24-cü kilometrliyində avtomobil yolun kənarında dayanmış 1957-ci il təvəllüdlü Tofiq Məmmədovu vurub. Ağır xəsarət alan şəxs hadisə yerində vəfat edib.

Qeyd edək ki, T.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktorudur. Hadisə onun rəhbərliyi altında Xızı rayonuna təşkil edilmiş ekspedisiya zamanı baş verib. Belə ki, Bakıdan Xızıya yola düşən ekspedisiya üzvləri Giləzi qəsəbəsindən Xızı rayonunun inzibati mərkəzinə doğru hərəkət ediblər və qəza da bu zaman baş verib.

Qeyd edək ki, T.Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.

T.Məmmədov 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə “Şöhrət Ordeni”nə layiq görülüb.

Hadisə ilə bağlı ilk məlumatı “Report” yayıb.

Nizam Rza