Yaxşı yaddaşı olan insanlar lazımsız detalları xatırlamaya bilərlər. Ümumiyyətlə unutqanlıq yüksək intellektin əlamətidir.

Toronto Universitetinin alimləri bu qənaətə gəliblər.

Universitetin professoru Blake Richland aparılan araşdırmaya görə, unutqanlığın yüksək intellektin əlaməti ola biləcəyi ortaya çıxıb. Unutqanlığın filmlərdə əks olunduğu kimi zehni gerilik və ya Alzheimer ilə heç bir əlaqəsi yoxdur. Unutqanlıq zəkaya fayda verə bilər.

Araşdırmanın nəticələri göstərir ki, həftələr əvvəl getdiyiniz bir restoranda yediyiniz yeməyin adını və ya ora getdiyiniz zaman nə geyindiyinizi unutmusunuzsa, bunun səbəbi beyninizin bu məlumatı lazımsız hesab etməsidir. Tədqiqat iddia edir ki, təfərrüatları unutmaq sağlam yaddaş sisteminin tam və nəzərdə tutulduğu kimi işləməsinin əlamətidir.

İstinadlar Qafqazinfo