Sumqayıt şəhəri ərazisində iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub. Sumqayıt şəhəri ərazisində “İsuzu” markalı yük avtomobili yol kənarında dayanan “KamAZ” markalı maşına çırpılıb. Nəticədə iki nəfər “İsuzu” markalı maşında sıxılı vəziyyətdə qalıb.

Bundan başqa, şəhərdə VAZ markalı minik avtomobili və “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində bir nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Sumqayıt Regional Mərkəzinin xilasediciləri hər üç şəxsi maşınlardan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo