Yük maşını ilə piyadanı vurdu

Kürdəmirdə yük avtomobili piyadanı vurub.

Hadisə rayonun Qarabucaq qəsəbəsi ərazisində baş verib.

Belə ki, “DAF” markalı yük avtomobili yolu keçmək istəyən Qarabucaq qəsəbə sakini Nizami Qarayevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo

Yük maşını ilə piyadanı vurdu

Şəkidə yük maşını piyadanı vurub.

Hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,İntizar Şəmiyev idarə etdiyi 24-BF-176 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Qeysəddinov Hüseyin  Yunus oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo