Suriyanın şimalındakı Tall-Abəd şəhərində törədilən terror aktı nəticəsində dörd dinc sakin xəsarət alıb.

Bu barədə “Anаdolu” agentliyi məlumat yayıb.

Məlumata görə, terrorçular şəhərin cənub-şərqindəki Suluk yaşayış məntəqəsinin mərkəzində minalanmış motosikleti partladıblar.

Hadisə yerinə yerli təhlükəsizlik qüvvələrinin əməkdaşları gəlib.

Güman edilir ki, hücumun arxasında PKK terror təşkilatının Suriya qanadı YPG dayanır.

İstinadlar Report