Terrorçu PKK təşkilatının Suriya qolu olan YPG sıralarında öldürülən Britaniya vətəndaşlarının sayı 7 nəfərə çatıb.

Bu barədə “BBC” xəbər verib.

Xəbərdə bildirilir ki, 24 yaşlı Oliver Holl Rakkada ərazini minalardan təmizləyərkən həlak olub. Daha əvvəl Ceym Holms (24 yaş), Mehmet Aksoy (32 yaş), Lyuk Ratter (22 yaş), Rayan Lok (20 yaş), Din Karl Evans (22 yaş) və Kondininos Erik Skurfild (25 yaş) terror təşkilatı sıralarında öldürülüblər.

Qeyd edək ki, Britaniya 2001-ci ildə PKK-ı terror təşkilatları siyahısına salıb. Lakin YPG terror strukturu siyahısına daxil edilməyib.

İstinadlar Report