“YouTube” 2021-ci ildə normativ-hüquqi qaydalara riayət edilməsi ilə bağlı problemlərin həlli üçün müxtəlif ölkələrin hökumətləri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. Bu haqda xidmətin baş direktoru Syuzen Voyjitski deyib.

“Ouml;tən il YouTube müxtəlif ölkələrin hökumətləri ilə kritik əhəmiyyətli məsələlər üzrə əməkdaşlıq edib. Belə əməkdaşlıq çox vacib idi, çünki biz birgə pandemiya zamanı insanlara düzgün informasiyanı tapmaqda kömək edirdik” – məlumatda deyilir. 2021-ci ildə şirkət bu istiqamətdə işləməyə davam edəcək.

Həmçinin 2021-ci ildə “YouTube” videohostinq xidməti “YouTube Shorts” xidmətinin köməyi ilə mobil qurğularda alış-verişin edilməsi və məzmunun yaradılması alətlərinin inteqrasiyasını planlaşdırır. Platforma televizorları, oyun konsollarını dəstəkləyəcək və səsli idarəetməni yaxşılaşdıracaq.

2020-ci ilin birinci rübündə dünyada “YouTube” üzərindən video çarxlara ümumi baxış müddəti 25%, gündəlik canlı yayımların sayı isə 45% artıb.

İstinadlar ict news