“Əgər yoluxma kritik həddə çatsa, V-IX sinif şagirdlərinin əyani şəkildə məktəbə getməsi ləngiyəcək”.

Bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

O qeyd edib ki, yox əgər kritik hal olmasa, fevralın 1-dən məktəbəqədər qruplar, ibtidai siniflər həftədə 3 dəfə əyani təhsilə keçə biləcəklər. Sonrakı 2 həftə ərzində V-IX siniflər barədə qərar qəbul olunacaq. 

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo