Azərbaycanda bu gün koronavirus infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb,  770 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 9 nəfər “COVID-19″dan vəfat edib.