Azərbaycanda son sutkada koronavirus infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 653, bu günə qədər isə ümumilikdə 6 966 738 test icra olunub.