Azərbaycanda bu gün koronavirus infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 10150 test olub, 13 nəfər COVID-19-dan dünyasını dəyişib.