Azərbaycanda bu gün koronavirus infeksiyasına 1904 yeni yoluxma faktı qeydə alınıb, 1833 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 12194 test olub, 29 nəfər COVID-19-dan dünyasını dəyişib.