Azərbaycanda bu gün koronavirus infeksiyasına 1681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 13168 test edilib, 12 nəfər COVID-19-dan dünyasını dəyişib.