Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.

Belə ki, Sabirabad rayonu Şıxsalahlı kənd sakini Nəcəf Şahnəzərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən Minbaşı kənd sakini 48 yaşlı Sarıyev Səfa Xanhüseyn oğlunu vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo