Salyanda yolu keçmək istəyən yeniyetməni avtomobil vurub.

Hadisə Düzənlik kəndində qeydə alınıb.

Belə ki, rayonun Xalac kənd sakini, 1958-ci il təvəllüdlü Siyasət Babayev idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən Düzənlik kənd sakini, 2005-ci il təvəllüdlü Məhəmməd Əliyevi vurub.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

İstinadlar Qafqazinfo