Bərdədə yolu keçmək istəyən iki tələbəni maşın vurub.

Hadisə rayonun Şorəli kəndində baş verib.

Belə ki, kənd sakinləri 2002-ci il təvəllüdlü Hüseynov Murad Pərviz oğlu və 2002-ci il təvəllüdlü Aslanzadə Nihat Qoşqar oğlu yolu keçmək istəyən zaman onları kiçik tutumlu “Ford” markalı yük maşını vurub.

Hər iki yaralı Bərdə rayonu Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, gənclər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


İstinadlar Qafqazinfo