Gəncədə avtomobil piyadanı vurub öldürüb.

 Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Yolu keçmək istəyən şəhər sakini, 1944-cü il təvəllüdlü Vidadi Quliyev  “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Sürücü Kamran Əsədov yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.  

İstinadlar Qafqazinfo