
Göygöldə yolu keçən piyadanı avtomobil vuraraq öldürüb.
“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolun Göygöl rayonun Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “UAZ” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Bu zaman hərəkətdə olan “KAMaz” da “UAZ”a çırpılıb. Ağir bədən xəsarətləri alan yaşı təxminən 60-65 olan piyada xəstəxanaya aparılan zaman yolda ölüb.
Hazırda hadisənin təfərrüatə və ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Elmar Əli