“Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO

Xəbər verdiyimiz kimi, İsmayıllıda zəlzələ baş verib.
Rayon sakinləri zəlzələ anı ilə bağlı “Xəzər Xəbər”ə danışıblar.
Sakinlərdən biri yeraltı təkanların güclü olduğunu, xoşbəxtlikdən qısa çəkdiyi üçün dağıntıların qeydə alınmadığını deyib: “Ev silkələndi, mən uşağı götürüb qaçırdım. Bu vaxt yoldaşım şkafı tutdu ki, aşmasın”.
Ətraflı videomaterialda:
Şüvəlanda əl qumbarası və mərmilər aşkarlanıb – VİDEO

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində hərbi sursatlar aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 10 ədəd 9mm-lik mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Vilayət Eyvazov sıra baxışı keçirdi – Video

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video

Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” tərəfindən 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.
Bu barədə qurumdan məlumat verilib.
2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Hazırda Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.
Onu da xatırladaq ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.
Liderlər Bakıdan belə yola salındı – Video

Xəbər verdiyimiz kimi, ötən gün Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev də iştirak edib.
Görüşdən sonra prezidentlər Dağüstü parkla yanaşı, Bakının bir sıra maraqlı yerlərini gəzdiblər.
Axşam saatlarında isə liderlər qaravol dəstələrinin müşayiətilə yola salınıblar.
Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib.
Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında 10 min nəfər iştirak edib.
Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.
İştirakçılar Azərbaycan da daxil olmaqla 3 bayraq – BMT və Yeni Kaledoniya – bayraqları da qaldırılıb.
Onlar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Polis başqa ölkənin bayrağının dalğalandırılma səbəbini soruşduqda etirazçılar bildiriblər ki, Azərbaycan hər zaman onların yanlarındadır, neokolonializmlə mübarizəyə dəstək olur.
Qeyd edək ki, noyabrın 21-də Bakıda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfrans keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edərək Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini bildirib.
“Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur”, – Prezident İlham Əliyevin müraciətində deyilib.
FHN BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib – Video

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin iştirakı ilə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 93 ünvanında yerləşən BEGOC Biznes Mərkəzində “İnzibati binalarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Gəncədə müəssisə ərazisində mazut və yağ çəlləkləri yandı – Video

Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mazut və yağ çəlləklərində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, müəssisə ərazisində həcmi 10 ton olan çəndə əmələ gələn texniki qüsur nəticəsində təxminən 100m² sahədə əraziyə dağılan 2 ton mazut və hər birinin həcmi 100 litr olan 3 ədəd istifadəyə yararsız yağla dolu çəlləklər yanır.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ərazidə olan sexlər və digər tikililər yanğından mühafizə olunub.
Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən sessiyasının açılış mərasimində Qərbi Azərbaycanla bağlı iddialarını yenidən irəli sürməsindən bəhs olunur.
Bildirilir ki, onun iddiasına görə, “Azərbaycanın Ermənistan ərazisini rəsmi şəkildə “Qərbi Azərbaycan” adlandırması şübhəli görünür və rəsmi Bakının Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı təəssüratını yaradır. Ermənistana qarşı hərbi təcavüz sülh gündəliyinin irəliləməsi yolunda əsas maneələrdən biridir”.
Qeyd olunur ki, Ermənistanın bir-birini təkzib edən mövqeyi artıq o qədər də təəccüblü deyil, çünki 44 günlük müharibədən sonra rəsmi İrəvanın əsas işi bölgədə sülh perspektivini məhv etmək, geosiyasi oyunçuların regionla bağlı planlarını icra etmək olub. Bu baxımdan Paşinyanın sərsəm bəyanatına diqqətə almamaq da olar. Hərçənd, erməni baş nazirin kampaniya xarakteri daşıyan “Azərbaycan hücum edəcək” iddiasını Qərbi azərbaycanlıların doğma evlərinə qayıdışı məsələsinə bağlamasının altında yatan məkrli oyun gözardı ediləcək amil deyil. Proseslərin analizi göstərir ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini, ümumiyyətlə, soydaşlarımızın öz yurdlarına qayıdış hüquqlarını təhrif etməyə çalışır. Ən təhlükəli məqam isə bunu Cənubi Qafqazda yeni eskalasiyanın yaradılması planlarına daxil etmək cəhdidir.
Vurğulanır ki, Ermənistan reallığı qəbul etmək istəmir və müxtəlif bəhanələrlə sülh gündəliyinə maneələr yaradır: “Ermənistan sülh gündəliyini arxa plana keçirməklə Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməmək, 8 kəndi işğaldan azad etməmək, eləcə də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına mane olmağa çalışır. Qərb cəbhəsi isə bölgədə Ermənistan üzərindən möhkəmlənmək və Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq niyyətindədir. İndi Ermənistan anti-Azərbaycan kampaniyasına “Qərbi Azərbaycan” terminini daxil edir və bununla həm yeni istinad nöqtəsi yaradır, həm Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edir, həm də Qərbi azərbaycanlıların öz evlərinə qayıdış hüququnu arxa plana keçirməyə çalışır”.
Sonda diqqətə çatdırılır ki, Ermənistanın Qərbi azərbaycanlıların hüququnu yerinə yetirmək öhdəliyi var, beynəlxalq konvensiyalar bunu tələb edir və rəsmi İrəvanın oynadığı bütün məkrli oyunlara rəğmən Qərbi azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ təmin ediləcək: “Dialoqdan imtina edən Ermənistanın regional sülhü riskə ataraq, geosiyasi qüvvələrin plasdarmına çevrilmək siyasəti isə hər şeydən öncə bu ölkənin mövcudluğunu sual altına salır. Çünki kiçik və zəif Ermənistanın “böyük oynamaq” şansı yoxdur və nə Rusiya, nə də İran öz sərhədlərində rəsmi İrəvanın onların rəqibləri ilə “flörtləşməsi”ni qəbul etməyəcək. Bu ssenaridə Ermənistanın sektorlara bölünməsi qaçılmaz ola bilər. Belə bir perspektivdə bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri Azərbaycan olacaq, buna tarixi və hüquqi haqqımız var. Bu halda Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının önündə heç bir maneə qalmayacaq. İndi seçim Ermənistanındır…”
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 23-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.
Azərbaycanın dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər – VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib.
Bundan başqa helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib.
Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.
Rəşad Dağlının həmin gün dedikləri – İlk video

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə aparılıb ifadə verdiyi görüntüləri əldə etmişik.
“Qafqazinfo”nun özəl olaraq əldə etdiyi videoda o, Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib. Məlum olduğu kimi, həmin görüntülər 1 il əvvələ aiddir. Meyxanaçı eyni zamanda orada təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib.
Sözügedən videonu təqdim edirik:
Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sail Ağasəlim
Yanğın yerinə 20-dən çox texnika cəlb olunub – Video – Fotolar

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
Tikinti materialları bazarındakı yanğın nəzarətə alındı – Video +

Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi daha bir məlumat yayıb.
Bildirilib ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu ərazisindəki inşaat malları satılan bazarda yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.
***
İnşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.
FHN-dən bildirilib ki, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Prezidentin iştirak etdiyi tədbirdən maraqlı görüntülər – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.
“Qafqazinfo” dövlət başçının qatıldığı tədbirdən görüntüləri təqdim edir:
Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir” – VİDEO

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın həyata keçirdiyi neokolonial siyasətə qarşı mübarizəyə, onun qanunsuz əməllərinin beynəlxalq aləmdə ifşasına xüsusi diqqət yetirir”.
Bu barədə “Rossiya 24” kanalının reportajında deyilir.
Materialda Azərbaycan Prezidenti İlham Əliyevin sözləri xüsusi vurğulanır: “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal etmiş, sərvətlərini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlamışdır… Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir”.
Müəllif qeyd edir ki, Emmanuel Makronun bu yaxınlarda səfər etdiyi Özbəkistana Ermənistanla yanaşı, Fransa da təzyiq göstərir.
“Le Monde” nəşri yazır ki, beşinci respublika prezidentinin gördüyü ilk iş, uran tədarükündə Daşkəndin dəstəyini cəlb etmək oldu. Onun çatışmazlığı isə Nigerdəki çevrilişdən sonra Fransanın nüvə sənayesində xüsusilə nəzərə çarpır.
Bununla belə, hazırda getdikcə daha çox onun dənizaşırı əraziləri və keçmiş müstəmləkələri Fransa təsirindən qurtulur: “Fransadan təkcə son illərdə Əlcəzair, Mali, Burkina-Faso və Niger uzaqlaşıb. Bu tendensiya artmaqda davam edir. Qoşulmama Hərəkatı müstəqillik və bərabərlik prinsipləri əsasında mövcudluğunu öz kursunun əsası elan etmiş 120 ölkəni birləşdirir”.
FHN dənizdə qalan 26 nəfəri təxliyə etdi – Video

Fövqəladə Hallar Nazirliyinə əlverişsiz hava şəraiti ilə əlaqədar Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərindəki işçilərin təxliyə edilməsi zərurətinin yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi cəlb olunub.
Həyata keçirilən operativ əməliyyat nəticəsində ümumilikdə 26 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.
Şəhid atasının müraciəti qısa zamanda həllini tapdı – Video

Salyan rayonu, Çuxanlı kəndində yerləşən bu evi digər evlərdən fərqləndirən ali bir məqam var-Şəhidlik zirvəsi. 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinov bu evdə doğulub.
“Azəriqaz” İB-dən verilən məlumata görə, elə bu evdə böyüyüb boya-başa çatan Kamilin xatirəsini isə indi ailə üzvləri əziz tutaraq daim yaşadır.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini əziz tutan SOCAR-ın “Azəriqaz” İB də Kamilin atası Əliş Şirinovun müraciətini qısa zamanda təmin edib.
Müraciətə əsasən fərdi yaşayış evinin qarşısından keçən diametri 57 mm-lik qaz xəttinin yeri dəyişdirilib.
Həmçinin baxın
Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı – VİDEO
Azərbaycanın dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər – VİDEO
Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir” – VİDEO
Aylıq 604 manatdan başlayan ödənişlə premium mənzilə sahib olmaq imkanı var – VİDEO
Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib – VİDEO
Cari ilin yanvar-oktyabr ayları ərzində görülən işlər “Açıq qapı”da açıqlandı – VİDEO
“VOLT AVTO” arzuları gerçəyə çevirir: “DFSK E5” modeli artıq Azərbaycanda – VİDEO
Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb – Video+Fotolar
“World Class” beynəlxalq fitnes klublar şəbəkəsinin Bakıda ilk klubu fəaliyyətə başlayıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla