Çinin şimal-qərbindəki Sinin şəhərində yolda qəfildən çuxurun yaranmasıbir avtobusun çuxura düşməsi nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bundan əvvəl “SINA” informasiya portalı hadisə zamanı 13 nəfərin yaralandığı, 2 nəfərin itkin düşdüyü barədə məlumat vermişdi.

Bildirilir ki, hadisə bazar ertəsi yerli vaxtla 17:36-da (Bakı vaxtı ilə 13:36) baş verib. Xilasedicilər hadisə yerində işləri davam etdirir. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətlərinin stabil olduğunu bildirib.

İnsidentin səbəbləri araşdırılır.

İstinadlar Apa