
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin məhsullarının brend dəyəri çox aşağıdır.
Bunu jurnalistlərə açıqlamasında Türk Ticarət Mərkəzinin (TTM) direktoru Yılmaz Okuklu deyib.
“Məsələn, Avropada istehsal edilən ayaqqabı 500 manat, Azərbaycan şirkətlərinin eyni məhsulu 5 manat olur. Biz keyfiyyətli məhsullar istehsal edirik. Bunu dünyaya çatdırdıqdan sonra bizim məhsulların da brend dəyəri artacaq. Bu istiqamətdə çalışmalıyıq. TTM real sektorun inkişafı ilə müxtəlif təkliflər verib”, – o vurğulayıb.