Yevlaxda 26 yaşlı qız qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də saat 9 radələrində 26 yaşlı bir qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı qızın rayon sakini Z.M. (ad, soyadı şərti) tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.

İstinadlar Report