
Yevlax rayon Kolanı kəndində baş vermiş avtomobil qəzası zamanı su kanalına düşən gəncin meyiti tapılıb.
Bərdə rayon sakini, 2003-cü il təvəllüdlü Vəfadar İsmayılzadənin meyti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Fərzəliyev də dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü Vəfadar İsmayılzadə isə qəzanın baş verdiyi ərazinin yaxınlığındakı Yuxarı Qarabağ kanalına düşüb.