Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.

Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən “Ford” markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub.

Hadisə zamanı Goranboy rayon sakinləri: – 1981-ci il təvəllüdlü Zaur Kərimov, 1965-ci il təvəllüdlü Qəşəm Məmmədov 1984-cü il təvəllüdlü Abbas Abbasov, 1979-cü il təvəllüdlü Süsən Rzayeva, 1970-ci il təvəllüdlü Yeganə Daşdəmirova, 2000-ci il təvəllüdlü Ayxan Rzazadə, 2004-cü il təvəllüdlü Bəylər Rzayev, 1986-cı il təvəllüdlü  Aynurə Quliyeva və daha bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.