Yevlax şəhərinin Qoyunbinəsi kəndində Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.

Nəticədə 3 hektar sahədə olan kol-kos və ağaclar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

İstinadlar Report