Yevlax rayonunda kür çayında meyit tapılıb.

Kür çayını Yevlax rayon ərazisindən keçən hissəsində kişi meyti tapılıb.

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Araşdırma zamanı meyitin Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğluna aid olduğu məlum olub.

İstinadlar Report