Yevlaxda evdə partlayış olub

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 29-da saat 22 radələrində Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Vəzirxan Novruzovun evində təbii qazın sızmasından ani partlayış baş verib.
Dağıntı olmayıb, yanıq xəsarəti almış V.Novruzovun qohumu Nicat İsmayılov xəstəxanaya yerləşdirilb.