Yevlax rayonunda kişi həyat yoldaşını ürəyindən bıçaqlayaraq qətlə yetirib, daha sonra özünə odlu silahdan atəş açaraq intihara cəhd edib.
Hadisə rayonun Tanrıqullar kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini olan, 1963-cü il təvəllüdlü Zinyət Əyyüb qızı Zamanova 2 bıçaq xəsarəti ilə qətlə yetirilib. Bıçaq zərbələrindən biri onun ürək nahiyəsinə dəyib.
İntihara cəhd edən kişi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.