Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“VAZ-21011” markalı avtomobil yol kənarında dayanan kiçiktutumlu yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində “VAZ” markalı avtomobildə olan 1991-ci il təvəllüdlü Sanayidova Bahar Məzahir qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanların içərisində 5, 6 və 7 yaşlarında uşaqlar da var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.