
Fevralın 15-nə keçən gecə Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aran qəsəbəsi ərazisində “KİA Sorento” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan şəxslər – 1991-ci il təvəllüdlü Zeynalov Tural Zahid oğlu, 1991-ci il təvəllüdlü Paşayev Asif Elman oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Paşayeva Gülşən Əli qızı və 1996-cı il təvəllüdlü Zeynalova Züleyxa Hüseyin qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi cərrahiyyə əməliyyatı olunub. Bir yaralının qolu amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.