Yevlaxda 41 yaşlı kişi iş başında ölüb, zəhərləndiyi ehtimal olunur.
Hadisə Yevlax rayonun Varvara kəndində qeydə alınıb.
Belə ki, 41 yaşlı E.Bahadurov zirzəmidə görülən iş zamanı ölüb.
Onun zirzəmidə benzinlə çalışan generatordan yaranan qazdan zəhərləndiyi bildirilir.