İyunun 2-dən 4-dək Bakı yenidən dünya enerji gündəminin mərkəzinə çevriləcək. Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək yubiley – 30-cu Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi müxtəlif ölkələrdən enerji şirkətlərini bir araya gətirəcək. Bu tədbir təkcə qlobal trendlərin təqdimatı deyil, həm də Azərbaycanın böyük regional layihələrin təşəbbüskarı və peşəkar liderləryetişdirə bilən ölkə kimi təqdim olunması üçünmühüm platformadır.

Bu il sərgidə adı hələ geniş ictimaiyyətə tanış olmayan, lakin maraqlı inkişaf yolu keçmiş “TP Engineering” də iştirakı nəzərdə tutulur. Şirkət xaricdə formalaşmış Azərbaycan təşkilatlarının ölkəyə qayıdaraq daxili bazara real töhfə verə bilib-bilməyəcəyini göstərən nümunə ola bilər.

Filialdan beynəlxalq podratçıya

“TP Engineering” Azərbaycandakı fəaliyyətinə 2014-cü ildə Avropa mühəndislik qrupunun yerli bölməsikimi başlayıb. Artıq 2015-ci ildə Rusiya bazarına daxil olan şirkət 2017-ci ildən etibarən neft-qaz vəneft-kimya sahələrində ixtisaslaşan EPCM-podratçı kimi mövqeyini möhkəmləndirib. Onun tərəfdaşları arasında “LUKOİL” publik səhmdar cəmiyyəti (PSC) kimi nəhənglər yer alır. Hazırda şirkət layihələrinin coğrafiyası Rusiya, Rumıniya və Bolqarıstanı əhatə edir.

“TP Engineering”in üstünlüklərindən biri təkcətexnoloji deyil, həm də ekoloji tələbləri nəzərə alaraq kompleks həllər təklif etməsidir. Məhz bu cür yanaşma sənaye müəssisələrinin getdikcə daha çoxdavamlılıq və ətraf mühitə uyğunluq tələbləri ilə üzləşdiyi Azərbaycanda da böyük əhəmiyyət qazanır.

Azərbaycan ictimaiyyətində şirkət hələlik az tanınsada, o, xaricdə onlarla iri layihəyə, o cümlədən neftemalı zavodlarının bərpa edilməsi və təmizləyici qurğuların modernləşdirilməsi sahəsində layihələrə imza atıb. Belədə vacib sual yaranır: bu qədər fəal beynəlxalq təcrübəyə sahib podratçı niyə indi daxili bazara qayıdır?

Təcrübə ilə geri dönüş

Ekspertlər “TP Engineering”in geri dönüşününAzərbaycanda enerji layihələrinin aktivləşməsi ilə üst-üstə düşdüyünü vurğulayır. Şirkətin bu vəziyyəti fürsətlər pəncərəsi kimi qiymətləndirə biləcəyii stisna deyil, xüsusilə də beynəlxalq təcrübəyə malik, lakin yerli kökləri olan EPCM-podratçılara ehtiyacınartdığı şəraitdə.

Qeyd olunası məqamlardan biri də odur ki, “TP Engineering” gəlirlərinin əsas hissəsini xaricdən əldə etsə də, inzibati mərkəzini Bakıda saxlayır. Bu da iş yerlərinin yaradılması və dövlət büdcəsinə vergiödənişləri ilə ölkə iqtisadiyyatına real faydademəkdir.

Bu, şirkətin xarici texnologiyalar və daxili sənayenin ehtiyacları arasında vasitəçi kimi nəzərdənkeçirilməsinə imkan verir. Lakin yeni texnologiyaların tətbiqinin nə dərəcədə real olacağı yalnız şirkətdən yox, həm də dövlət siyasətindən asılıdır.

Dəstək və rəqabət məsələləri

Hazırda Azərbaycanda xaricdə inkişaf edib böyümüşözəl şirkətlərin ölkəyə qayıdaraq iri transformasiya layihələrinə töhfə verməsi geniş yayılmış təcrübə deyil. Belə şirkətlərin ölkəyə dönüşü dövlətin maliyyələşdirmə alətlərinin inkişafı, strateji layihələrə e-çıxışın asanlaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması zərurətindən qaynaqlanır.

Bu baxımdan “TP Engineering”in gəlişi yalnız biznes təşəbbüsü kimi deyil, həm də yerli bazarın bu cür şirkətlərin iştirakına nə dərəcədə açıq olduğunu göstərən bir növ sınaq kimi qiymətləndirilə bilər.

Texnologiya və kadrlar: ölkə daxilində nəyəehtiyac ola bilər?

“TP Engineering” yalnız texnologiyaya deyil, insanresurslarına da önəm verir. Şirkət Rusiyada Qabaqcıl Peşə Hazırlığı Mərkəzi ilə birlikdə qaynaqçı və çilingərlər üçün təcrübəyə əsaslanan sürətləndirilmiş təlim proqramı həyata keçirir.

Bu cür proqramlar Azərbaycanda da tətbiq olunabilər, çünki onlar müasir sənayenin tələblərinəuyğunlaşdırılıb və ehtiyac olduqda ixtisas vəistiqamət sayı genişləndirilə bilər.

Perspektivdə isə bu, Azərbaycandan kənara kadrixracını stimullaşdıra bilər: məsələn, Rusiyada işçiqüvvəsi çatışmazlığı halında Azərbaycan ixtisaslı işçipotensialından maksimum yararlana bilər.

Amma hələlik ölkəmizdə belə proqramların geniş miqyasdahəyata keçirilməsi üçün infrastruktur kifayət etmir. Halbuki buna buna ehtiyac var.

“Peşəkar miqrantlar” inkişafın hərəkətvericiqüvvəsi ola bilərmi?

“TP Engineering” beynəlxalq nüfuz qazanmış, lakin indi vətəndə möhkəmlənmək istəyən yeganə Azərbaycan şirkəti deyil. Lakin bu nadir nümunələrdən biridir ki, söhbət bəyannamələrdən yox, konkret nailiyyətlərdən gedir: yüzlərlə reallaşmış layihə, beynəlxalq standartlara uyğun mühəndis heyəti, yaxşı işləyən texnologiyalar.

Əsas sual odur ki, belə şirkətlərə ölkəninmodernizasiya gündəliyində olan layihələrdə, yəni neft-qaz sahəsindən tutmuş emal və kimya sənayesində reallaşan layihələrdə iştirak etmək üçünşərait yaradılacaqmı? Hələ ki, bu sualın cavabı bəlli deyil. Amma onların daxili bazara geri dönüşü artıq vacib siqnaldır: Azərbaycan təkcə vətənpərvərlik çağırışları ilə yox, həm də iş üçün real iqtisadi və institusional əsaslar təklif etməklə beynəlxalq təcrübəyə malik peşəkarlarını geri qaytara bilər.

Bu kontekstdə Bakı Enerji Həftəsi sadəcə işgüzar tədbir yox, həm də Azərbaycanın öz insan və texnoloji kapitalını nə dərəcədə tanıdığını və dəstəkləməyə hazır olduğunu nümayiş etdirəcək sınaq olacaq.

İstinadlar Report