
“Yerli mütəxəssislərin hazırlanması, Azərbaycanda kibertəhlükəsizliyin bir mədəniyyətə çevriləməsi ilə bağlı işlər həyata keçirilir”.
Bunu Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müşaviri Şahin Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almış gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır:
“Stareategiyada da təsbit olunduğu kimi, yerli məhsulların hazırlanması təşviq edilməlidir. Bununla bağlı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almış gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır. Önümüzdəki illərdə ölkədə müxtəllif şifkətlərdə, təşkilatlarda tətbiqini görəcəyik. Daha sonra isə biz bu məhsulları xaricə ixrac edəcəyik”.
Ş.Əliyev əlavə edib ki, burada kibertəhlükəsizlik əsasında məhsulların, proqram təminatının yaradılmasından söhbət gedir: “Bu məsələ hələ ki başlanğıc mərhələsindədir”.
Gülnar Əliyeva