Ermənistanın paytaxtı Yerevanın “Zvartnos” beynəlxalq hava limanında Rusiya vətəndaşının 1,9 milyon dram (6 min 764 manat) dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Qarət edilən Moskva-Yerevan reysinin sərnişini olub.

Bildirilib ki, əməliyyat nəticəsində oğurluqda hava limanının 3 əməkdaşı şübhəli şəxs qismində tutulub. Oğurlanmış əşyalar müsadirə olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.

İstinadlar Report