Ermənistanın paytaxtı Yerevanın Davtaşen rayonunun keçmiş rəhbəri Ruslan Baqdasaryana qarşı bir sıra ittihamlar irəli sürülüb.

Ermənistan Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Arevik Xaçatryan bildirib ki, Baqdasaryan bir neçə cinayət əməlində təqsirli bilinir. Belə ki, Davtaşen rayonunun keçmiş rəhbəri külli miqdarda vəsaitin mənimsənilməsində, vəzifə saxtakarlığında və sənədlərin saxtalaşdırılmasında ittiham edilir. Məlumata görə, o, bu cinayətləri bir qrup şəxslə birlikdə törədib.

Ermənistan Prokurorluğunun rəsmisi qeyd edib ki, ibtidai istintaq orqanı Baqdasaryanın həbsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırıb.

İstinadlar Report