Yerevanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Bu barədə “Shamshyan-com” bildirib.

Qeyd edilir ki, təxminən gecə saat 4 radələrində qeydə alınıb. Kanaker-Zeytun rayonunda maskalı şəxslər stansiyanın əməkdaşlarının istirahət otağına soxulublar. Onların yanacaqdoldurma məntəqəsinin əməkdaşlarını tapança, bıçaqla və elektroşokla hədələyərək pul, mobil telefonlar və kompyuteri qarət ediblər. Cinayətkarlar bundan sonra “Opel” avtomobili ilə naməlum istiqamətdə gediblər.

İstinadlar Report