Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Tramp İranı Yaxın Şərqdəki hərbiləşdirilmiş qruplaşmalara dəstəyi dayandırmağa çağırıb
  • Ermənistan XİN-dən sülh sazişi ilə bağlı daha bir açıqlama
  • Mikayıl Cabbarov: “Avropa ilə Mərkəzi Asiya arasında “yaşıl körpü” salırıq”
  • Uşakov: Rusiya nümayəndə heyəti İstanbulda siyasi və texniki məsələləri müzakirə edəcək
  • Latviya səfiri: “Meşə təsərrüfatının idarə olunması təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”
  • Səfir: Türkiyə-Azərbaycan əməkdaşlığı üçün davamlı şəkildə çalışırıq
  • “Kabab da yeyə bilmirəm” – İlhamə Elşadqızının məhkəmədən fotoları
  • Niderland səfiri: “Azərbaycanla iqtisadi əməkdaşlıq üçün böyük potensial var”
  • Azərbaycan və Misir iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Mirzoyan: İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır
  • Ermənistan XİN-dən sülh sazişi ilə bağlı daha bir açıqlama
  • Mikayıl Cabbarov: “Avropa ilə Mərkəzi Asiya arasında “yaşıl körpü” salırıq”
  • Mirzoyan: İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır
  • Ermənistanın baş nazirinin müavini İran səfiri ilə regional prosesləri müzakirə edib
  • Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
  • Qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda
  • Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava olub
  • “Hindistan prosesə xələl gətirə biləcək addımlar atmamalıdır”
  • Özbəkistan Azərbaycanın aqrar sığorta təcrübəsini öyrənir
  • Dövlət Xidmətində Türkiyənin Milli Təhlükəsizlik Şurasının rəhbərliyi ilə görüş – Fotolar
  • Aİ Rusiyadan uran və qaz idxalını azalda bilər
  • Rusiyaya qarşı 17-ci sanksiya paketinə 189 gəmi daxil edilib
  • Attilio Somma: “Aqrar sahədə süni intellekt yalnız vasitədir, əsas inteqrasiya və planlaşdırmadır”
  • “Qlobal Cənub Azərbaycan üçün önəmli platformadır”
  • İctimai nəqliyyatda onlayn ödənişlərdə yenə problem yarandı
  • “BakuBus” komfortu artıq regionlarda – Qrafik və qiymətlər
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Yerevanda polis jurnalistləri döydü – Video
22/04/2016 21:56
Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video
14/05/2025 15:03
FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video
14/05/2025 13:08
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video
14/05/2025 12:42
Sumqayıtda yanğın – Video
14/05/2025 11:38
“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video
14/05/2025 10:44
Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video
14/05/2025 10:05
Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video
13/05/2025 14:32
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
13/05/2025 11:34
Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video
13/05/2025 09:59
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
12/05/2025 16:23
Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video
12/05/2025 10:08
Ötən həftə 16 azyaşlı xilas olunub – Video
12/05/2025 10:02
“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
11/05/2025 15:50
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video
11/05/2025 12:38
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video
11/05/2025 10:35
Prezidentin bugünkü çıxışının – Videosu
10/05/2025 23:17

Video xəbərlər

  • “Avtoş”luq edən şəxs həbs olundu – Video
  • Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video
  • FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video
  • Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video
  • Sumqayıtda yanğın – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

14/05/2025
19:35 Rubio və Uitkoff Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gedəcək
19:32 Rusiya Hüseyn Həsənovu axtarışa verdi
19:17 Yeni sədr də “Georgi lenti” taxıbmış… – Foto
18:59 İranda qum fırtınası səbəbindən məktəblər bağlandı
18:53 Türkiyənin Konya şəhərində sərnişin avtobusu aşıb, 13 nəfər yaralanıb
18:32 Müəllimlərin imtahanının vaxtı ilə bağlı daha bir açıqlama
18:23 Rusiya Sumıya raket zərbəsi endirib, 2 nəfər ölüb
18:20 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
18:10 Paytaxtın bu ərazilərində qaz olmayacaq
18:08 “Masdar”: “Azərbaycan “yaşıl enerji” investorları üçün cəlbedici bazara çevrilir”
18:02 İlham Mirzəliyevin Lerikdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
17:50 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
17:44 Nazir müavini: “Azərbaycanın “mavi hidrogen” istehsalı sahəsində rəqabət üstünlüyü var”
17:41 “Azera Holdinq” “Caspian Agro” 2025 Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində – Fotolar
17:37 Xəstəxanada müayinə zamanı öldü
17:35 ABŞ Prezidenti: Suriyalı həmkarımla görüş əla keçdi
17:31 Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə dəymiş ziyanın ödənilməsi tələb olunub
17:29 Trampın Türkiyəyə yaxın günlərdə səfər edəcəyi gözlənilir
17:08 11-ci sinif şagirdini maşın vurub öldürdü
17:04 Hakan Fidan ukraynalı həmkarı ilə Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlığı müzakirə edib
17:02 Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
16:56 Elnur Soltanov: “Azərbaycan enerji sektorunu “yaşıl iqtisadiyyat” məqsədlərinə uyğun yenidən qurur”
16:47 25 mayda imtahan verəcək abituriyentlərin nəzərinə!
16:42 Hakan Fidan: İstanbulda Ukraynayla bağlı danışıqların formatı hələ müəyyən edilməyib
16:41 Azərbaycan apreldə “OPEC+” kvotasından gündəlik 83 min barel geri qalıb
16:37 FAO Azərbaycanda torpaqların konsolidasiyasına və kooperativ hərəkatının inkişafına dəstək verəcək
16:35 Şahdağa qar yağır
16:22 Rusiya XİN: 2022-ci ildə İstanbulda razılaşdırılmış mətn münaqişənin həlli variantı ola bilər
16:20 Nazir müavini: “Azərbaycan Latviya ilə əməkdaşlığa dair bütün təşəbbüsləri dəstəkləyir”
16:19 Səbinə Əliyeva İƏT Ombudsmanlar Assosiasiyasının iclasında iştirak edib
16:17 Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
16:14 “Avtoş”luq edən şəxs həbs olundu – Video
16:08 BP Azərbaycanda investisiya qoyuluşunun məbləğini açıqlayıb
16:06 “Mənim yazıb-yaradan vaxtımdır, götürüb salıblar Kürdəxanıya, nə var-nə var drel demişəm”
16:05 İşdən çıxarılan sədrin əmlakları üzə çıxdı – Foto
15:41 Tramp İranı Yaxın Şərqdəki hərbiləşdirilmiş qruplaşmalara dəstəyi dayandırmağa çağırıb
15:38 Ermənistan XİN-dən sülh sazişi ilə bağlı daha bir açıqlama
15:35 Mikayıl Cabbarov: “Avropa ilə Mərkəzi Asiya arasında “yaşıl körpü” salırıq”
15:25 Uşakov: Rusiya nümayəndə heyəti İstanbulda siyasi və texniki məsələləri müzakirə edəcək
15:25 Latviya səfiri: “Meşə təsərrüfatının idarə olunması təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”
15:23 Səfir: Türkiyə-Azərbaycan əməkdaşlığı üçün davamlı şəkildə çalışırıq
15:20 “Kabab da yeyə bilmirəm” – İlhamə Elşadqızının məhkəmədən fotoları
15:19 Niderland səfiri: “Azərbaycanla iqtisadi əməkdaşlıq üçün böyük potensial var”
15:17 Azərbaycan və Misir iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
15:12 Mirzoyan: İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır
15:11 Ermənistanın baş nazirinin müavini İran səfiri ilə regional prosesləri müzakirə edib
15:05 Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
15:05 ABŞ Prezidenti Rusiya və İrana qarşı yeni sanksiyaları istisna etməyib
15:03 Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video
15:00 Qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda
14:50 İcra başçısının müavini 11 ay sonra istefa verdi
14:42 Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava olub
14:37 Azərbaycanın yeni Hərbi prokuroru kollektivə təqdim olunub
14:35 Arvadını döyüb xəstəxanalıq etdi, orada da dinc durmadı
14:32 Azərbaycan vətəndaşı Türkiyədə avtomobil qəzasında ölüb
14:29 2 mindən çox şəxs bu proqrama qəbul üçün imtahan verəcək
14:08 Güclü külək Bakıda ağacı avtomobillərin üzərinə aşırıb
14:07 Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb
14:05 “Hindistan prosesə xələl gətirə biləcək addımlar atmamalıdır”
13:56 TDT ölkələri Türk dünyası MSK-nın Məşvərət Platformasını yaradıblar

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Yerevanda polis jurnalistləri döydü – Video

Multimedia 22/04/2016 21:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına doğru yürüşün gedişində bu gün axşam Yerevan polisinin əməkdaşları güc tətbiq edərək bir neçə vətəndaş cəmiyyəti fəalını — aksiya iştirakçılarını saxlayıb

Bu barədə Ermənistan mətbuatı xəbər verib.

“Güc tətbiqi ilə həmçinin Birinci İnformasiya portalının operatorları Narek Barsegyan və Sevak Soqomonyan saxlanılıb, videoavadanlıq zədələnib”, – məlumatda belə deyilir.

”



InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Multimedia 14/05/2025 15:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün günorta saatlarında paytaxtın 28 May küçəsində böyük ağac aşaraq hərəkətdə olan avtomobillərin üzərinə düşüb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təmizləmə işləri aparılır: 

“Məlumat daxil olan kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Sınan ağacı kəsərək ərazini təmizləyiblər. Hazırda yol açılıb”. 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Multimedia 14/05/2025 13:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir. 

Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.

Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Multimedia 14/05/2025 12:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda yanğın – Video

Multimedia 14/05/2025 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Multimedia 14/05/2025 10:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzində mağazanın önündən gödəkçənin oğurlanmasına dair görüntülər yayılıb.

Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, mağaza sahibinin sözlərinə görə, oğurlanan geyimin 135 manat dəyəri var imiş.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Multimedia 14/05/2025 10:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.

M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Oxumağa dəyər:   Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı - Video

Sözügedən görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Multimedia 13/05/2025 14:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Multimedia 13/05/2025 11:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkir rayonlarında köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz edir.

Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0,4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.

Şəmkirin Çinarlı qəsəbəsində 0,4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.

Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Multimedia 13/05/2025 09:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli böyrək çatışmazlığından vəfat edib.

Səlbi dünən Bakıda dəfn edilib.

Dəfn mərasimində çoxsaylı ictimaiyyət nümayəndələri, icra başçıları, incəsənət və mədəniyyət xadimləri, şəhid anaları və qazilər iştirak ediblər.

Qeyd edək ki, Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Multimedia 12/05/2025 16:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

8–12 may tarixlərində iş adamı Tahir Gözel, AfCFTA-nin Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib.

Tahir Gözel çıxışına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayaraq başlamış, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki inkişafı diqqətə çatdırıb.

Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə Azərbaycanın verə biləcəyi töhfələrə toxunan Tahir Gözel, “ASAN Xidmət” modelinin uğurunu, Kosmik Agentlik (“Azərkosmos”) və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin texnoloji həllərini təqdim edib, bu sahədə dəstəyə hazır olduqlarını bildirib. O, tərəfdaşlığın genişləndirilməsi üçün Afrika ölkələrindən olan nümayəndə heyətlərini texnoloji potensialla yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət edib. Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və eyni zamanda nüfuzlu CNBC telekanalında geniş şəkildə yayımlanıb.

Oxumağa dəyər:   ABŞ İrandan Çinə neft tədarük ednərlərin "beynəlxalq şəbəkəsinə" sanksiya tətbiq edib

Tahir Gözel səfər müddətində həm də bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak edib, Nigeriyanın Sənaye, Ticarət və İnvestisiya naziri Jumoke Oduwole, Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati, eləcə də Rwandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirib.

Görüşlər zamanı Tahir Gözel Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən rəqəmsal xidmətlərin ixracı potensialı barədə ətraflı məlumat verib. Xüsusilə, “ASAN Xidmət” modelinin uğuru və “Proxima Tech Solutions”un təqdim etdiyi qabaqcıl texnoloji həllər vurğulanıb. O, həmçinin Afrika ölkələri ilə elektron hökumət platformalarının qurulması, kibertəhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını təqdim edib.

Zambiyanın Texnologiya və Elm naziri cənab Felix C. Mutati ölkənin texnologiya sahəsindəki inkişafını yaxından görmək məqsədi ilə Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib. Rwandanın Ticarət və Sənaye naziri cənab Prudence Sebahizi isə Prezident Paul Kagamenin rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət ayırdığını qeyd edərək, Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə yaxından tanış olmaq istədiyini ifadə edib. Ətraflı məlumat alan nazirlər, Azərbaycana olan ehtiramlarını vurğulayaraq tərəfdaşlığa açıq olduqlarını qeyd ediblər.

Oxumağa dəyər:   BMT ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətini alqışlayıb

Bu görüşlər Afrika ilə Azərbaycanın rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Multimedia 12/05/2025 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.

Onlar tanınmış bloqerlərin də reklam etdiyi bu şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.

Zərərçəkənlərdən birinin sözlərinə görə, “Daşqın əmlak ofisi” adlanan şirkəti “TikTok”da görüb: “Gəldim bura. Maşınım var idi, dedi, get sat, iki ay ərzində sənə ev verəcəyəm. 30-40 minlik ev istədim, 16 ildir kirayədə qalıram. Ona 7000 manat verdim. Pulu rəsmi şəkildə vermədim, izahat yazdı”.

Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran həm də tanınmış bloqerlər olub: “Miri və Tərlan adlı bloqerlər özləri bu alqı-satqı şirkətini reklam edirlər. 6 min pul ödəmişəm, ortada heç nə yoxdur”.

Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var: “10 min pul gətirib vermişəm. Notariat ofisə mən, yoldaşım və Daşqın getmişdik. Əlimdə sənədim var”.

Oxumağa dəyər:   ABŞ İrandan Çinə neft tədarük ednərlərin "beynəlxalq şəbəkəsinə" sanksiya tətbiq edib

“TikTok”da bloqer Miri olaraq tanınan Mirəhməd Seyidov sözügedən şəxslərin onu da aldatdığını, şəhid ailəsinə təmənnasız ev verməklə onu inandırdıqlarını söyləyib: “Şirkətin şəhid, qazi ailələrinə ev verdiyi çəkilişlərdə iştirak etmişəm. Əslində mən də zərərçəkənəm”.

Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.

Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Multimedia 12/05/2025 10:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 156 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 44 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Multimedia 11/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 1 213 evin inşası sona çatıb.

“Haber Global” telekanalının əməkdaşı sözgedən şəhərdə olub.

Bildirilir ki, tikinti işləri TOKİ və MİDA-nın rəhbərliyi ilə həyata keçirilib. Zəlzələdən sonra dağılan evlər müasir şəhərsalma yanaşması ilə yenidən qurulur.

Layihəyə 1 213 ev, 1 318 mağaza və 464 ofis daxildir.

Məhəllədə Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası da var.

Telekanalın əməkdaşı evlərin öz sahiblərinə iyunun sonunda təhvil veriləcəyini və açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini bildirib.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Multimedia 11/05/2025 12:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumata görə, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Multimedia 11/05/2025 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeron rayonu, Məmmədli kəndi ərazisində 1995-ci il təvəllüdlü Musayev Ceyhun İman oğlu avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.

Bu FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin bugünkü çıxışının – Videosu

Multimedia 10/05/2025 23:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Dövlət başçısı tədbirdə çıxış edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
Multimedia 14/05/2025 11:38

Sumqayıtda yanğın – Video

Read more
Multimedia 14/05/2025 10:44

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Read more
Multimedia 14/05/2025 10:05

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Read more
Multimedia 13/05/2025 14:32

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Read more
Multimedia 13/05/2025 11:34

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Read more
Multimedia 13/05/2025 09:59

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Read more
Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
Multimedia 08/05/2025 11:38

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Read more
Multimedia 07/05/2025 18:28

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Read more
Hadisə 07/05/2025 17:38

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Read more
Multimedia 07/05/2025 16:44

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video

Read more
Multimedia 07/05/2025 14:47

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO

Read more
Multimedia 07/05/2025 12:56

Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana – Hökm oxundu – VİDEO

Read more
Multimedia 07/05/2025 11:59

FHN mülki müdafiə məşqi keçirdi – Video

Read more
Hadisə 07/05/2025 11:18

Sabirabadda 1000 kv metrə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub – VİDEO

Read more
Multimedia 06/05/2025 23:59

Arzusu vəkil olmaq imiş… – Video

Read more
Multimedia 06/05/2025 21:38

Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü – Video

Read more
Multimedia 06/05/2025 15:29

Müvəqqəti açılan körpüdə təhlükəli vəziyyət – Video

Read more
Multimedia 06/05/2025 14:08

Leyla Əliyevanın şir balası ilə maraqlı – Görüntüləri – VİDEO

Read more
Multimedia 06/05/2025 10:53

Tovuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla