Ermənistan müxalifətinin Yerevanın mərkəzində parlament binası qarşısında keçirdiyi mitinq başa çatıb.

Mitinq polislə və Baş nazir Nikol Paşinyanın tərəfdarları arasında toqquşma olmadan başa çatıb. Müxalif hərəkatın liderlərindən biri açıqlamasında aksiyanı başa çatdırdıqlarını, ancaq bütün gecəni meydanda qalacaqlarını bildirib.

Üç saat davam edən mitinqə sabiq KTMT baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran ohanyan, Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyan da qoşulub.

İstinadlar Qafqazinfo